T.Qlok: “Yenidən xal qazanmaq xoşdur”

Toyota komandasının hər iki sürücüsü Macarsıtan Qran Prisini uğurla başa vurublar və komandaya dörd xal qazanıblar. Timo Qlok xüsusilə fərqlənib, […]

Toyota komandasının hər iki sürücüsü Macarsıtan Qran Prisini uğurla başa vurublar və komandaya dörd xal qazanıblar. Timo Qlok xüsusilə fərqlənib, alman sürücü yarışa 13-cü yerdən başlasa da, finişdə altıncı olub…

Timo Qlok: “Yarış mənə çox ləzzət elədi. Mən ilk altılığa düşə bildim, nəzərə alsaq ki, 13-cü yerdən start almışdım, bu çox yaxşı nəticədir. Mən komandaya dəqiq işinə görə minnətdarlıq edirəm, xüsusən də mənim maşınımla məşğul olan mexanik və mühəndislərə. Bu gün biz uğurlu taktika seçmişdik, ona görə də yarış uğurlu alındı.

İlk hissədə maşınım yanacaqla dolu idi, əvvəl bir az problem oldu, sonra yaxşı temp tutdum və irəliləməyə başladım, xüsusən də ikinci hissədə. Maşın yaxşı idi, təkərlər stabil işləyirdilər. Bu gün mən belə nəticəyə ümid etmirdim, ona görə də çox razıyam: yenidən xal qazanmaq xoşdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*