T.Qlok yarışda iştirak etməyəcək

Bu gün səhər tezdən Panasonic Toyota Racing komandasının mətbuat xidməti xəbər yayıb ki, Timo Qlok Yaponiya Qran Prisinin startına çıxa […]

Bu gün səhər tezdən Panasonic Toyota Racing komandasının mətbuat xidməti xəbər yayıb ki, Timo Qlok Yaponiya Qran Prisinin startına çıxa bilməyəcək. Dünən alman sürücü sıaralanma turunda qəzaya uğramışdı, Yokkaiti hospitalına çatdırılan sürücü tibbi müayinədən keçib. Timo sol ayağını kəsib və belində ağrılar hiss edib, rentgen sınıqları müəyyən etməyib, amma komanda sürücünü yarışdan azad edib ki, növbəti yarışa sürücü tam sağalsın…

Komanda FİA-ya müraciət edib və Kamui Kobayaşinin yarışda iştirak etməsi üçün icazə istəyib, amma stüardlar qaydalara istisna etməyiblər – qaydalara görə ehtiyat sürücü şənbə sessiyalarından ən azı birində iştirak etməli idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*