T.Qlok üç komanda ilə danışıqlar aparır

Timo Qlok Suzukada sıralanma turunda aldığı zədə üzündən mövsümün son yarışında iştirak etməyəcək, amma alman sürücü Abu Dabiyə gələcək və […]

Timo Qlok Suzukada sıralanma turunda aldığı zədə üzündən mövsümün son yarışında iştirak etməyəcək, amma alman sürücü Abu Dabiyə gələcək və gələn mövsümdə çıxışı üzrə danışıqlarda iştirak edəcək…

Bu gün sürücünün meneceri Almaniyanın SİD agentliyinin jurnalistlərinə xəbər verib ki, Timo beş komandadan təklif alıb, amma üç variant ciddi araşdırılır və yaxın həftələrdə müqavilə imzalanacaq.

Qeyri-rəsmi məlumata görə, Timo Renault komandasında Robert Kubitsanın komanda yoldaşı ola bilər, amma Campos və Sauber komandaları da mümkündür…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*