23 Noyabr 2017, Cümə axşamı - 22:22

T.Qlok Marussia-nı və Formula1-i tərk edir?

T.Qlok Marussia-nı və Formula1-i tərk edir?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:36 - 21 Yanvar, 2013

Timo Qlok və Marussia komandası yollarını ayırmağa hazırlaşırlar: bu barədə artıq bu gün rəsmi xəbər verilə bilər – Almaniyanın həfətlik […]

Timo Qlok və Marussia komandası yollarını ayırmağa hazırlaşırlar: bu barədə artıq bu gün rəsmi xəbər verilə bilər – Almaniyanın həfətlik Sport Bild qəzeti gecəyarı bu məlumatı paylaşıb…

Qəzet hətta sürücünün şərhini də səhifəsinə yerləşdirib: “Marussia-da çıxış etdiyim üç il ərzində mən dəyərli təcrübə topladım, ona görə də biz dostcasına ayrılırıq. Mən yeni çağırış qəbul etmək və karyeramı avtoidmanda davam etdirmək istəyirəm.”

Qəzet ehtimal edir ki, Qlok Formula1-i Almaniyanın məşhur DTM kuzov çempionatına dəyişməyə hazırlaşır. Timo 2007-ci ildə BMW Sauber komandasının test sürücüsü olarkən Bavariya konserni ilə işgüzar əlaqələr qurub. İstisna deyil ki, Timo BMW-nin sükanı arxasında sabah DTM-in Valensiya testlərinə qatılacaq. Yeri gəlmişkən, testlərdə Mercedes AMG C-Coupe-nin sükanı arxasında Robert Kubitsa da işləyəcək.

Əgər Sport Bild-in məlumatı doğrudursa, onda güman etmək olar ki, Marussia komandası sponsor büdcəsi olan başqa bir sürücü dəvət edə bilər. Britaniya mətbuatı Maks Çiltona komanda yoldaşlığına Vitaliy Petrovu, Bruno Sennanı və Sebastyen Buemini elçiləyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 242
Teqlər , , , , , , , , ,
Paylaş

logo