T.Qlok artıq təbrikləri qəbul edir

Dünən gecə Almaniyanın Sport Bild qəzetinin Timo Qlok barədə yaydığı xəbər internetdə təsdiqini tapmaqdadır: bu gün Marussia komandasının rəsmi bəyanatı […]

Dünən gecə Almaniyanın Sport Bild qəzetinin Timo Qlok barədə yaydığı xəbər internetdə təsdiqini tapmaqdadır: bu gün Marussia komandasının rəsmi bəyanatı gözlənilir…

DTM çempionatında BMW-nin sürücüsü Dirk Müller Twitter-lə Timo Qloku təbrik edib: “Təbrik edirəm! Komandaya xoş gəmisən!”

Cavabında Timo deyib: “Şşşşş… Təşəkkür edirəm.” Xatırladaq ki, Timonun DTM-də BMW-nin sükanı arxasında karyerasını davam etdirməsi güman olunur.

Britaniyalı tanınmış jurnalist Adam Kuper öz bloqunda təsdiq edib ki, “bu gün Marussia formal olaraq almaniyalı sürücünün komandanı tərk etməsini təsidqləyəcək, onu əvəz edəcək sürücünün adı isə açıqlanmayacaq, çünki danışıqlar hələ davam edir…”

BBC-nin yarış müxbiri Əndryu Benson Twitter-də yazıb ki, “günortaya Marussia komandası rəsmi bəyanat yayacaq…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*