Toyota, Williams və Brawn GP-nin mübahisəli diffuzorları

Kölndə nəşr olunan Express qəzeti Flavio Briatorenin üç komandanın diffuzorlarının texniki reqlamentin tələblərinə cavab vermədikləri barədə fikirlərinə münasibət bildirib. Renault […]

Kölndə nəşr olunan Express qəzeti Flavio Briatorenin üç komandanın diffuzorlarının texniki reqlamentin tələblərinə cavab vermədikləri barədə fikirlərinə münasibət bildirib. Renault F1-in başçısı heç bir komandanın adını çəkməmişdi, amma söhbər Toyota və Williams komandalarından gedir – onların adları əvvəllər də bu qalmaqalla əlaqədar çəkilmişdi, üçüncü komanda isə, jurnalistlərin fikrincə, Brawn GP komandasıdır. Express-in ekspertləri hesab edirlər ki, BGP001 layihəısinə sürəti məhz diffuzorun maşının altlığı ilə effektiv birləşməsi verir, nəticədə asfalta yatma qüvvəsi artır, maşın təkərlərin potensialından daha effektiv istifadə edir və təkərlər gec yeyilir.

Maşınların reqlamentə uyğun gəlməsi məsələsi uik-endin gedişində də müzakirə olunacaq, çox şey FİA-nın texniki təftişindən asılı olacaq, təftiş isə cümə axşamı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*