Toyota KERS-dən imtina etmir

Mövsümün əvvəlində uğur qazanmış komandalar KERS-dən istifadə etmirlər, amma bu o demək deyil ki, gələcəkdə də belə olacaq. Red Bull […]

Mövsümün əvvəlində uğur qazanmış komandalar KERS-dən istifadə etmirlər, amma bu o demək deyil ki, gələcəkdə də belə olacaq. Red Bull komandası Magneti Marelli-nin hazırladığı KERS-i maşınlarına quraşdıra bilər, bu cür sistem artıq Ferrari və Renault maşınlarında işlədilir, Brawn GP isə McLaren-in KERS-indən yararlana bilər, amma Toyota ilə vəziyyət müəmmalıdır. Hələ keçən ildən komandanın ünmayəndələri bildirirdilər ki, mövsümün ilk yarısında KERS-dən istifadə etməyəcəklər, artıq ilk dörd yarış arxada qalıb və Con Hauett vəziyyəti şərh edib…

Con Hauett: “Bu gün KERS-dən istifadə edən maşınlar KERS-siz maşınlardan yavaşdırlar, amma bu o demək deyil ki, biz sistemdən istifadə etməkdən imtina edirik. Biz əminik ki, müəyyən şəraitdə, müəyyən traslarda KERS böyük üstünlük verəcək, amma hələlik bu üstünlük yoxdur. Biz müvəqqəti imkanlar axtarırırq. Hazırkı iqtisadi çətinlikləri nəzərə almaqla başa düşmək lazımdır ki, bu sahəyə sərmayə yatırmağa dəyərmi?

Son illərdə komandanın işini təhli etsək görürük ki, bəzən yeniliklər heçə səmərə vermir. Amma bizim əsas vəzifəmiz maşının sürətini artırmaqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*