Toyota – ilk böyük uğur

İlk dəfə Formula1 tarixində birinci start cərgəsindən yarışa iki Toyota pilotu qatılacaq. Yarno Trulli beşinci poulunu qazanmaqla komanda yoldaşını qabaqlayıb… […]

İlk dəfə Formula1 tarixində birinci start cərgəsindən yarışa iki Toyota pilotu qatılacaq. Yarno Trulli beşinci poulunu qazanmaqla komanda yoldaşını qabaqlayıb…

Yarno Trulli: “Yenidən poul qazanmaq çox xoşdur. Bu uik-end pis keçmir və sabahkı yarışı pouldan başlamaq gözəldir. Amma bu gün işlərimiz asan alınmadı, sıralanma turunun ilk sessiyalarında əyləclə problemlər yaşadım. Problemlər yarışda da baş verə bilər, ona görə də bütün gecəni problemdən çıxış yolları axtaracayıq. Əminəm ki, sabahkı yarışda yüksək nəticə göstərə bilərik. Mövsümün ilk üç yarışı bizim üçün heç də uğurlu keçməyib, amma ümid edirəm ki, bu dəfə hər şey yaxşı olacaq. Bizim hər iki maşın start düzlüyünün ilk cərgəsini tutacaq, bu isə bizim əla işləməyimizdən xəbər verir. Mən bu poulu bütün komandama və bu yaxınlarda zəlzələ baş vermiş Ambrutso əyalətinin əhalisinə həsr etmək istəyirəm.”

Timo Qlok: “Bu çox yaxşıdır, bu gün biz ilk start cərgəsini tam tuta bildik. Dünən maşınla problemlər yaşamışdım, amma komanda əla işləyib və hər şeyi vaxtında düzəldib. Biz səhər sərbəst yürüşlərdə də sürətli idi, amma bu dəfə elektronik problemlər yaşadım. Sıralanma turu isə raha keçdi. Birinci sessiyada külək bir qədər mənə mane oldu, ikinci sessiyada isə daha rahat oldu. Sonuncu sessiyada səkkizinci döngədə kiçik bir səhvə yol verdim, ona görə də Yarno məni qabaqladı. Bütün mühəndislərə və mexaniklərə görülən işə görə təşəkkür edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*