Toyota – hələlik hər şey normaldır

Bu gün Toyota TF109 maşınlarında modernizə olunmuş yeni aerodinamik elementlər görünüb və komanda günün nəticələrini pozitiv qiymətləndirib: hər iki sürücü […]

Bu gün Toyota TF109 maşınlarında modernizə olunmuş yeni aerodinamik elementlər görünüb və komanda günün nəticələrini pozitiv qiymətləndirib: hər iki sürücü ilk səkkizlikdə qərarlaşıb…

Yarno Trulli (6-cı yer): “Cümə maraqlı keçdi. Səhər maşında elektronik problemlər yarandı və biz vaxt itirdik, amma sonra proqramı tam yerinə yetirə bildik – təkərlərin işini qiymətləndirdik və sazlanmaları seçdik.

Səhər tras örtüyü idealdan uzaq idi, amam vəziyyət yavaş-yavaş düzəldi. Hələlik maşının balansından tam razı deyiləm, ona görə də ümid edirəm ki, axşam biz toplanmış məlumatları təhlil edib sabah daha yüksək nəticələr göstərəcyik.”

Timo Qlok (8-ci yer): “Hələlik hər şey normaldır. Səhər tras sürüşkən idi, asfalta ilişmə səviyyəsi aşağı idi. Maşın sürüşürdü və mən təkərlərin effektiv işini öyrəndim. Günün ikinci hissəsində optimal sazlanmalar axtardım.

İkinci sessiyada trasın vəziyyəti də yaxşılaşdı, maşın daha stabil oldu. Amma işimizi davam etdirməliyik. Ümumən, uik-end pis başlamayıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*