Toyota Formula1-i tərk etməyi düşünmür

Toyota ən azı 2012-ci ilə kimi Formula1-də qalmağı planlaşdırır, hələ bəlkə daha çox – bunu yapon komandasının prezidenti Con Hauett […]

Toyota ən azı 2012-ci ilə kimi Formula1-də qalmağı planlaşdırır, hələ bəlkə daha çox – bunu yapon komandasının prezidenti Con Hauett bildirib. Barselona testlərində Hauett qlobal iqtisadi böhran şəraitində Toyota-nın Honda kimi çempionatı tərk etməsi barədə şəzən şayiələri şərh edib…

Con Hauett: “Deyirlər ki, əgər biz qələbə qazanmasaq gedəcəyik. Amma ümumi iqtisadi vəziyyətə baxın: indi bütün komandalar ehtiyat edirlər və hamı uğur qazanmalıdır, bu isə onsuz da gərgin olan vəziyyəti ağırlaşdırır. Amma biz Formula1-də qalacayıq, ən azı 2012-ci ilə kimi, hələ bəlkə də çox.

Dünya bazarında vəziyyət çətindir. Komanda ona qoyulan sərmayəni doğrultmalıdır. Amma mən əminəm: biz bu mövsüm güclü çıxış etsək, biz lap çox qalacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*