18 Noyabr 2017, Şənbə - 01:06

Toto Volff: “Şübhə etmirəm ki, McLaren çox güclü olacaq”

Toto Volff: “Şübhə etmirəm ki, McLaren çox güclü olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

22:23 - 13 Fevral, 2016

Mercedes-in avtoidman şöbəsinin rəhbəri Toto Volff bildirib ki, Honda-nın hazırkı çətin günlərinə baxmayaraq, McLaren yenidən güclənəcək.

F-1.az xatırladır ki, Honda 2015-ci ildə McLaren-in mühərrik təminatçısı kimi idmana qayıdıb, amma yaponlar gözlənilən nəticəni göstərə bilməyiblər və həm dözümlülük, həm də güc problemləri yaşayıblar.

Toto Volff Honda barədə fikirlərini bildirib: “Honda böyük şirkətdir və böyük bazaları var. Honda 2015-ci ildə ən yaxşı inkişaf edən güc qurğusu idi.

Düzdür, mövsüm onlar üçün çətin keçdi, amma il ərzində göstərdikləri inkişaf tempi çox yaxşı idi. Onların gələcəkdə çox güclü rəqibimiz olacaqlarına şübhə etmirəm”.

Toto Volff bu il mühərriklə təmin edəcəkləri Manor komandasından da yaxşı nəticələr gözləyir: “Manor bu il böyük addım atacaq və bu təkcə mühərrik gücünə olmayacaq.

Orada yaxşı insanlar toplanıb. Güclü şəxslər doğru büdcə və doğru təəssüratla işləyirlər. Ən əsası da Paskal orada yarışacaq. Onların bolidinin və pilotlarının orta yerlər uğrunda mübarizə aparacaqlarına əminəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 136
Teqlər , , , , ,
Paylaş

logo