12 Noyabr 2018, Bazar ertəsi - 22:35

Toto Volff: “Danışmaq üçün tezdir”

Toto Volff: “Danışmaq üçün tezdir”

Müəllif: Rauf Hacıyev, redaktor

09:57 - 03 Mart, 2016

Mercedes Motorsport-un başçısı Toto Volff bildirib ki, rəqiblərin onlar barədə dedikləri sözlər önəmli deyil…

F-1.az xəbər verir ki, qış testlərinin artıq 6 günü arxada qalıb və əksəriyyət düşünür ki, Mercedes AMG fərqi bir az daha açıb.

Toto Volff bu mövzu barədə fikirlərini bildirib: “Pilotların bunu deməsi çox gözəldir. Ancaq bu söhbətlər bizə yarış qazandırmayacaq. Hələ ilk günlərdəyik və mövsümöncəsi testlərdəyik.

Ancaq gördüyümüz işləri gözdən salmaq istəmirəm. Əgər biz 2016-cı ili 2015-ci illə, 2015-ci ili isə 2014-cü illə müqayisə etsək görərik ki, qaydaların sabit qalması bolidləri təkmilləşdirməyimizə kömək edib. Bolidlər artıq daha dözümlüdür və hamı daha çox dövrə atır.

Hiss edirəm ki, bu bizim son illərdəki ən yaxşı başlanğıcımızdır, ancaq yenə deyirəm ki, digər komandalar hələ də tam güclərini göstərməyiblər.

Ferrari-nin, Williams-ın və Red Bull-un tam gücünü hələ də bilmirik, ona görə də ehtiyatlıyıq. Görək biz Avstraliyada şənbə günü harada olacayıq? Hər şey orada məlum olacaq.

Atdığımız dövrələrin sayına görə xoşbəxtəm. Biz bütün planlarımızı həyata keçirtdik.

Bir neçə həftə əvvəl bu planlar barədə danışırdıq. Mən əmin deyildim ki, biz bu planları həyata keçirə bilərik, amma biz bunu bacardıq.

Biz çox məsafə qət etdik və bu bizə sistemlərimizi, fərqli komponentlərimizi test etməyə, məlumat toplamağa və yeni sazlamalar yoxlamağa imkan verir. Ona görə də bu testlər yeni mövsüm üçün çox vacibdir.

Əgər ilk dəfə trasa çıxanda hər şey qaydasında olsa və daha çox məsafə qət etsəniz, bu sizə mövsüm ərzində çox kömək edəcək.

Ona görə də mövsümə yaxşı başladığımız üçün özümü yaxşı hiss edirəm. Doğru yoldayıq. Ancaq yarış qazanmaq asan deyil. O, fərqli mövzudur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 274
Teqlər , , , , ,
Paylaş

logo