Total-ın mühərrik üçün hazırladığı yeniliklər Red Bull komandasına 0.2 saniyə qazandırıb

F-1.az xəbər verir ki, Red Bull və Renault komandalarının yanacaq istehsalçısı Total şirkətinin Sinqapur Qran Prisinə gətirdiyi yeniliklər Renault mühərriyini dövrə başına 0.2 saniyə sürətləndirib.

Renault motorçuları Sinqapur Qran Prisinə mühərrik yeniliyi ilə gəlmişdilər və bu yenilikləri həm Renault, həm də Red Bull komandası istifadə etmişdi. Total şirkətinin Sinqapur üçün hazırladığı yüksək məhsuldarlıqlı yanacaq yeniliklərlə birlikdə Red Bull komandasına dövrədə 0.2 saniyə qazandırıb.

Red Bull komandasının pilotu Daniel Rikkardo Mercedes komandasından Həmiltonu keçə bilsə də, yarışı Rosberqin 0.4 saniyə gerisində bitirmişdi. Yeniliklərdən istifadə edən Renault komandası isə Kevin Maqnussenlə Rusiya Qran Prisindən sonra ilk dəfə xal qazanmışdı.

Komandalar yanacaqdakı məhsuldarlığı artırmaq üçün yanacaq istehsalçıları ilə birgə işləyirlər. Mercedes yanacaq istehsalçısı olaraq Petronas, Ferrari komandası Shell, McLaren Honda komandası isə Exxon Mobil şirkətini seçiblər.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*