22 Oktyabr 2018, Bazar ertəsi - 11:50

Toro Rosso yeni maşının şəkillərini yayıb

Toro Rosso yeni maşının şəkillərini yayıb

Müəllif: Rauf Hacıyev, redaktor

09:13 - 22 Fevral, 2018

Toro Rosso komandası bu gün yayımladığı şəkillə 2018-ci il bolidi STR13-ü təqdim edib.

F-1.az xatırladır ki, italyanlar yeni mövsümdən etibarən Honda mühərriklərindən istifadə edəcəklər. “Qırmızı buzovlar” STR13-lə ilk sürüşünü dünən reklam çəkilişində reallaşdırıblar.

Bolidin təqdimatı fevralın 26-da gözlənilirdi, amma axşamüstü sosial şəbəkələrdə STR13-ə aid olduğu iddia edilən şəkillər yayılıb. Belə görünür ki, Toro Rosso reklam çəkilişinin hesabına təqdimatını vaxtından əvvəl edib. Bolidin sükanı arxasına isə Brendon Hartli keçib. Komanda Halonu tünd göy rəngə boyayıb və sistemin üzərindəki qanad diqqətdən yayınmır. Bolidin rəng çaları isə keçən illə eyni qalıb.

Bir neçə saatdan sonra komanda çəkiliş günündən yeni maşının rəsmi şəkillərini paylaşıb.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 341
Teqlər , , ,
Paylaş

logo