19 Noyabr 2017, Bazar - 08:41

Toro Rosso yeni bolidini martda təqdim edəcək

Toro Rosso yeni bolidini martda təqdim edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

20:08 - 24 Fevral, 2016

Toro Rosso komandası bildirib ki, onlar yeni bolidləri STR11-i martın 1-də təqdim edəcəklər…

F-1.az daha əvvəl də xəbər vermişdi ki, Toro Rosso komandası birinci qış testlərinə keçid şassi ilə çıxacaq, yeni maşını isə fevralın 29-da təqdim edəcək. Amma sonra komanda gərgin işləyərək yeni maşını ilk testlərə hazırlayıb qurtara bilib və testlərə yeni maşınlar qatılıb. Bu da o deməkdir ki, komanda yeni STR11-i istifadə edir, amma bolidin yeni rəng çalarını, sponsor və tərəfdaşları hələ təqdim etməyib.

Komanda bu gün təsdiq edib ki, onlar yeni rəng çalarlarını martın 1-ində Barselonada təqdim edəcəklər.

Onu da qeyd edək ki, Sauber də 2016-cı il yeni bolidi C35-i eyni gündə təqdim edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər ,
Paylaş

logo