Toro Rosso X.Algersuarini təsdiq edib

Gözlənildiyi kimi fevral testləri ərəfəsində Scuderia Toro Rosso komandası rəsmən təsdiq edib ki, Sebastyen Bueminin 2010-cu ildə komanda yoldaşı ispaniyalı […]

Gözlənildiyi kimi fevral testləri ərəfəsində Scuderia Toro Rosso komandası rəsmən təsdiq edib ki, Sebastyen Bueminin 2010-cu ildə komanda yoldaşı ispaniyalı sürücü Xayme Algersuari olacaq. Komandanın mətbuat xidməti bu münasibətlə reliz yayıb…

Frans Tost: “Xaymenin keçən ilin ortalarında, Macarıstan Qran Prisində, ilkin testlərdə iştirakı olmadan debüt etməsini nəzərə alsaq demək olar ki, o işinin öhdəsindən pis gəlmədi – mövsümün ikinci yarısında o stabil olaraq inkişaf edirdi. Cəmi 19 yaşı olmasına baxmayaraq, yarışlara çox ciddi hazırlaşırdı. 2010-cu ildə Xayme hələ öyrənməyi davam edəcək, çünki mövsümün birinci yarısındakı traslar ona tanış deyil.

Algersuari ilə müqavilənin bağlanması bir daha göstərir ki, biz əvvəlki kimi Red Bull-un gənclər proqramının yetişdirmələri ilə işləməyə hazırıq.”

Beləliklə, Toro Rosso komandası əvvəlki heyətini tam saxlayıb və komandanın maşınlarını starta Sebastyen Buemi və Xayme Algersuari çıxaracaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*