16 Dekabr 2017, Şənbə - 07:11

Toro Rosso və Honda-nın danışıqları baş tutmayıb

Toro Rosso və Honda-nın danışıqları baş tutmayıb

Müəllif: Elçin Zodorov, redaktor

10:11 - 17 Avqust, 2017

Macarıstan Qran Prisi zamanı paddokda Toro Rosso komandasının Honda motorlarına keçəcəyi təqdirdə McLaren-in də Renault ilə əməkdaşlıq edəcəyi danışılırdı.

F-1.az xatırladır ki, yaponlar bunu təkzib etmişdilər, lakin daha bir komandaya motor vermək istədiklərini, gələn il olmasa da, növbəti illərdə bunun mümkün olacağını bildirmişdilər. Şayiələrə görə, Toro Rosso ilə aparılan danışıqlar maliyyə şərtləri və fikir ayrılıqları üzündən baş tutmayıb.

McLaren-in Honda ilə əməkdaşlığını davam etdirəcəyi hələ məlum deyil. Britaniyalılar bu barədə yaxın həftələrdə qərar verəcəklər. Uokinqdə Honda-nın güc qurğularından narazıdırlar, lakin müqavilənin vaxtından əvvəl pozulması faktı da komanda tərəfindən təkzib edilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 11. 754
Teqlər , , , ,
Paylaş

logo