Toro Rosso təqdimata hazırlaşır

Məlum olduğu ki, Toro Rosso komandası yeni STR6 maşınını fevralın 1-də Valensiyada Rikardo Tormo adına avtodromda nümayiş etdirməyə hazırlaşır. İtaliyanın […]

Məlum olduğu ki, Toro Rosso komandası yeni STR6 maşınını fevralın 1-də Valensiyada Rikardo Tormo adına avtodromda nümayiş etdirməyə hazırlaşır.

İtaliyanın Faensa şəhərində olan komandanın bazasında bu hadisəyə hazırlıq tam sürətlə gedir: dünən Sebastyen Buemi və Xayme Algersuari bazada olublar və onlardan maşının oturacağı üçün son ölçülər götürülüb, ilk testlərə qədər qalan müddəti isə sürücülər intensiv fiziki hazırlığa həsr edəcəklər.

Mexaniklər hər gün pit-stop məşqləri edirlər. Fevralın sonuna qədər yığım sexində STR6-nın element və komponentləri hazırlanacaq. Komandanın mətbuat xidmətinin verdiyi xəbərə görə, köməkçi avadanlıqlarla doldurulmuş bir neçə konteyneri komanda artıq dənizlə Bəhreynə yola salıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*