18 Oktyabr 2017, Çərşənbə - 00:17

Toro Rosso sürücüləri yarış zamanı yağış yağmasını arzulayırlar

Toro Rosso sürücüləri yarış zamanı yağış yağmasını arzulayırlar

Müəllif: Elçin Zodorov, redaktor

02:57 - 13 Noyabr, 2016

Daniil Kvyat və Karlos Sayns sıralanma turunda ikinci sessiyaya keçsələr də, bundan artığını edə bilməyiblər – onlar müvafiq olaraq, 14-cü və 15-ci yerləri tutublar.

F-1.az xəbər verir ki, rus sürücü mümkün olan maksimum nəticəni göstərdiyini bildirib. Sayns isə nəticənin nə yaxşı, nə də pis olduğunu düşünür.

Daniil Kvyat: “Düşünmürəm ki, daha yaxşısına nail ola bilərdim. İkinci sessiyaya keçdim və 14-cü oldum – bu, mümkün olan ən yaxşı nəticə idi. İkinci sessiyada mənim üçün çətin şərait yarandı – külək kifayət qədər güclü idi və maşının balansını pozurdu. Qeyd etməliyəm ki, cümə günü ilə müqayisədə, havanın soyuması ilə əlaqədar şərait tamamilə dəyişmişdi. Biz buna ancaq sessiyanın gedişində alışa bildik.

Burada sürmək çox maraqlıdır. Hər bir döngə özündən əvvəlkindən kəskin fərqlənir və bu, trasın xarakterik xüsusiyyətidir. Ümid edirəm ki, yarış zamanı yağış yağar və biz yaxşı nəticə əldə edə bilərik”.

Karlos Sayns: “Nəticəni nə yaxşı adlandırmaq olar, nə də ki, pis. Bilirdik ki, sıralanma turu bizim üçün çətin keçəcək, çünki bəzi problemlərimiz var idi. Son sessiyaya keçmək çətin idi. İkinci sessiyanın əvvəlində nəticəm pis olmadı. Lakin sonra daha yaxşı dövrə vura bilmədim, buna görə də mübarizəni dayandırmalı oldum. Biz hər şeyi analiz etməli, niyə yaxşı nəticə göstərə bilmədiyimizi aydınlaşdırmalı və yarışa tam hazır olmalıyıq.

Yarış maraqlı olmalıdır. Quru havada xal uğrunda mübarizə aparmaq bizim üçün çətin olacaq, lakin yağış yağarsa, hər şey mümkündür. Yağışlı havada sürmək mənim xoşuma gəlir”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 192
Teqlər , , , , ,
Paylaş

logo