Toro Rosso rəqibləri barədə nə fikirdədir?

Toro Rosso komandasının rəhbərliyi ilk testlərdən sonra düşünür ki, STR12 orta qrupun önündə yarışacaq səviyyədədir.

F-1.az xatırladır ki, italyanlar mühərrikdəki problemlərə baxmayaraq, yaxşı performans göstəriblər.

Toro Rosso komandasının rəhbəri Frants Tost bu barədə fikirlərini bildirib: “Digər komandaların nə qədər yanacaq istifadə etdiklərini bilmirəm. Amma Toro Rosso-nun öndə olacağını düşünürük. Testlər göstərdi ki, bolidimiz güclüdür. Çox sürətli görünür və sürücülərimiz əla performans göstərir. Texniki cəhətdən problemləri düzəldə bilsək, məqsədimizə çata bilərik”.

Komandanın texniki direktoru Ceyms Ki isə bunları deyib: “Haas sürətli görünür. Gələn həftə testlərdə yaxşı işləyib, Melburna hazırlaşmalıyıq. Renault da güclü ola bilər. Keçənilkinə nisbətən güclü görünürlər. Williams və Force İndia barədə nəsə demək çətindir. Bu həftə McLaren üçün dramatik keçdi. Ən yaxşı nəticələrini göstərə bilmədilər, buna görə nəsə demək çətindir. Amma onların sürətli olduğuna əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*