Toro Rosso problemləri tapa bilmir

Toro Rosso komandası Əbu Dabi yarışının sərbəst yürüşlərində Kvyatın təkərinin partlama səbəbini tapmayıb

F-1.az xatırladır ki, birinci sərbəst yürüşlərdə təkəri partlayan Kvyatın bolidində təkər diski problemi ortaya çıxmışdı. Rusiyalı sürücü ikinci sərbəst yürüşlərdə də eyni problemlə üzləşib və sessiyanı çox tez bitirib. Buna görə komanda Saynsı da trasa buraxmayıb

İtalyan təmsilçisi bu vəziyyətlə ilk dəfə qarşılaşmır. Bu cür problemlər son dövrlərdə tez-tez yaşanır.

Frants Tost: “Bu gün Daniilin təkər diskində iki dəfə problem yaşadıq və buna görə də Saynsı trasa buraxmadıq, çünki problemin nədən əmələ gəldiyini hələ başa düşməmişik. Bu axşam Faentsadakı mühəndislərimizlə çoxlu işləyəcəyik. Ümid edirəm ki, sabaha qədər problemi həll edə bilərik”.

Sayns eyni problemi Amerikada da yaşamışdı. İspaniyalı bildirib ki, komanda problemin haradan yarandığını tapa bilməyib: “Problemləri həll etmiş kimi görünürdük. Braziliyada işə yaradı. Ümid edirəm ki, burada da yarayar, amma problemin əsl səbəbini hələ də tapmamışıq. Əvvəlcə səbəbini tapmalıyıq. Bəzi şeylər yoxlayırıq, amma bunları partlamanın səbəbini bilmədən edirik. Bu axşam mənə partlamanın əsl səbəbini desələr, onda əmin ola bilmərəm. Amma problemi hələ də tapa bilməmişik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*