15 Avqust 2018, Çərşənbə - 20:33

Toro Rosso komandası yapon ənənəsini öyrənəcək

Toro Rosso komandası yapon ənənəsini öyrənəcək

Müəllif: Rauf Hacıyev, redaktor

10:05 - 20 Yanvar, 2018

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, Honda ilə yaxşı işləmək üçün yapon mədəniyyətini öyrənirlər.

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, Honda ilə yaxşı işləmək üçün Yaponiya mədəniyyətini öyrənirlər.

F-1.az xatırladır ki, italyanlar bu ildən etibarən Honda mühərriklərindən istifadə edəcəklər.

Frants Tost: “Yaponiya mədəniyyətini daha yaxşı öyrənmək üçün işçilərimizlə seminarlar təşkil edirik. Hamımız bilirik ki, yaponların öz ənənələri var və bunu öz ənənələrimizlə birləşdirərək, mübarizə aparmaq istəyirik. Uğursuz olacağımızı bilsək, bu layihəyə başlamazdıq.

Əslində belə ani qərarlar az hallarda olur. İki il əvvəl Ferrari mühərriklərinə keçməyi dekabrda qərara almışdıq. Amma hər şeyi qısa müddətdə həll etmişdik. Öz ötürmələr qutumuzu istifadə edəcəyimiz halda heç bir problem yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 129
Teqlər ,
Paylaş

ucuz paykasa paykasa bozdurma
logo