22 Noyabr 2017, Çərşənbə - 16:47

Toro Rosso komandası Renault-dan razıdır

Toro Rosso komandası Renault-dan razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

14:08 - 06 İyun, 2017

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, mühərrik təminatçıları olan Renault mövsümün əvvəlindən müsbət yöndə inkişaf edib.

F-1.az xatırladır ki, italyanlar hazırda 29 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıblar və ən yaxın izləyiciləri olan Williams komandasını 9 xal qabaqlayırlar.

Frants Tost: “İlk hədəfimiz bu mövsüm etibarlılıq problemlərini həll etmək idi və Renault əla işlədi. Mövsümün ilk yarışından etibarən mühərriyi təkmilləşdirdilər. Bu mövsüm Honda-dan başqa bütün istehsalçılar bir-birilərinə yaxındırlar və orta qrupda buna görə sıx mübarizə davam edir. Sözün açığı, indiyə kimi gördükləri işlər bizi sevindirib. Yaxşı bolidimiz var və Renault mühərriyi ilə birləşəndə daha güclü olduq. Ümid edirəm ki, mövsümün sonuna qədər bu tempimizi davam etdirərək, mövsümü gözəl yerdə bitirərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 10. 054
Teqlər , ,
Paylaş

logo