23 Noyabr 2017, Cümə axşamı - 11:41

Toro Rosso komandası Ferrari-nin keçənilki mühərriklərinin ən son versiyasını alacaq

Toro Rosso komandası Ferrari-nin keçənilki mühərriklərinin ən son versiyasını alacaq

Müəllif: Elçin Zodorov, redaktor

14:32 - 17 Fevral, 2016

Red Bull ilə Renault-nun arasındakı problemlərə görə Toro Rosso komandası Renault mühərriklərindən imtina etmiş və yenidən Ferrari mühərriklərinə qayıdıb. Amma əldə olunmuş razılığa görə, Toro Rosso-ya 2015-ci ilin mühərrikləri veriləcək.

F-1.az xəbər verir ki, komandanın yeni bolidinə yerləşdiriləcək Ferrari mühərriki 2015-ci il mühərriklərinin ən son versiyasıdır.

Frantz Tost: “Ferrari-dən olduqca yaxşı mühərrik alacağımıza əminəm. Onlarla işləməyi sevirik və ən böyük uğurlarımızı (Toro Rosso yeganə qələbəsini 2008-ci ildə İtaliya Qran Prisində Ferrari mühəriki ilə qazanmışdı) Ferrari ilə birlikdə əldə etmişik. Bu, Ferrari-nin keçən mövsümün sonunda istifadə etdiyi mühərrikdəndir. Biz irəliyə doğru böyük bir addım atacayıq.

Hər şey bir-birinə qarışıb. Bunun səbəbi isə çox qısa müddətdə böyük dəyişikliklərin olmasıdır. Buna görə də hər iki tərəfin mühəndisləri bolidi hazırlamaq üçün çox işlədilər. Yeni maşınımızı bəyəndiyimi deməliyəm. İllər keçdikcə hər şey daha da mürəkkəbləşir, amma Formula1 belə bir idman növüdür.”…

Xatırladaq ki, komanda yeni bolidini fevralın 29-da təqdim edəcək, fevralın 22-də başlayacaq mövsümöncəsi ilk testlərə isə keçid şassi ilə çıxacaq.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 272
Teqlər , , , , , ,
Paylaş

logo