Toro Rosso komandası Almaniyaya gətirdiyi yenilik paketi ilə yarışacaq

F-1.az xatırladır ki, Toro Rosso bu yenilik paketini Almaniyaya gətirmişdi. Yeni paket istənilən səmərəliliyi vermədiyi üçün komanda əvvəllki aerodinamik paketə qayıtmışdı.

Yeni paketi analiz edən Ceyms Ki bu paketin əvvəlkindən elə də fərqlənmədiyini müəyyən edərək, ABŞ-da tam fərqli bir paketə keçəcəklərini deyib. Qeyd edək ki, Toro Rosso İtaliya və Sinqapur yarışlarına da müəyyən yeniliklər gətirmişdi…

Karlos Sayns: “Yeni paketdən istifadə edəcəyik. Əvvəlki paketdə böyük fərq əldə edə bilmədik, çünki yeniliklər səmərəli olmadı. Digər komandalar bizdən sürətli inkişaf edirlər. Problem yenilik paketində deyil. Digər komandalar yeni mühərrik əldə etdilər, ancaq biz köhnə mühərrikdən istifadə edirik. Yenilik paketinin səmərəliliyini göstərəcək güclü mühərriyimiz yoxdur. Mövsümün əvvəlində sürətli idik, ancaq digər komandalar fərqi bağladılar və bizi keçdilər. Düzlüyü çox olan traslarda asfaltayatma qüvvəsini azaldaraq sürətli olmağa çalışırıq. Renault və Haas kimi komandalar bizi keçdilər. Halbuki bizim bolid asfaltayatma qüvvəsi baxımından ən yaxşılardandır”.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*