17 Oktyabr 2018, Çərşənbə - 16:36

Toro Rosso da cəzaya razıdır

Toro Rosso da cəzaya razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

09:13 - 15 Mart, 2018

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, 2018-ci ildə planlı mühərrik cəzası almağa razıdırlar.

F-1.az xatırladır ki, 2018-ci ildə hər sürücü 3 mühərrikdən istifadə edə biləcək. Renault komandası daha əvvəl planlı cəza alacaqlarını demişdi. Belə görünür ki, digər istehsalçılar da bu barədə düşünürlər.

Frants Tost: “3000-4000 kilometr məsafə qət etmiş mühərriyi istifadə etməkdənsə, yeni güc qurğusuna keçmək daha səmərəlidir. 100-200 kilometr məsafə qət etdikdən sonra mühərrik güc itirməyə başlayır. Görək necə olacaq. Amma bu barədə düşünürük”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 143
Teqlər , ,
Paylaş

logo