18 Noyabr 2017, Şənbə - 01:06

Toro Rosso çarpma testlərini uğurla keçib

Toro Rosso çarpma testlərini uğurla keçib

Müəllif: Rauf Hacıyev, redaktor

14:36 - 04 Fevral, 2016

Toro Rosso komandası 2016-cı ildəki qış testlərindən əvvəl çarpma testlərini uğurla tamamlayıb…

F-1.az xəbər verir ki, Toro Rosso komandası çərşənbə günü 2016-cı il mövsümü üçün hazırladığı  STR11-in çarpma testlərini başa vurub. Gələn məlumatlara görə, italyan komandası bu testlərdə Mercedes tərzi qısa qanaddan istifadə edib.

Bildiyiniz kimi, Toro Rosso bu ildən etibarən Ferrari-nin güc qurğularından istifadə edəcək. Ona görə də bolidin oxları arasındakı məsafə böyüdülməlidir. Bu da o deməkdir ki, bolidin şassisində dəyişikliklər olacaq.

Komandanın hollandiyalı sürücüsü Maks Ferstappen keçən həftə müsahibəsində bildirib ki, Ferrari mühərrikləri onlara 1 saniyə qazandıracaq.

2016-cı ildə Red Bull komandası isə Renault mühərrikləri ilə yarışmağa davam edəcək. Amma avstriyalıların kiçik qardaşı Toro Rosso daha güclü Ferrari mühərrikləri ilə yarışacaq. Ona görə də indidən əksər F1 fanı üçün ən maraqlı məqamlardan biri Red Bull-Toro Rosso qarşıdurması olacaq. Kim qalib gələcək? Red Bull ya onun kiçik qardaşı Toro Rosso?


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 243
Teqlər , , ,
Paylaş

logo