Toro Rosso 4-cülük istəyir

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, hədəfləri dördüncülükdür.

F-1.az xatırladır ki, Honda mühərrikləri tesrlərdə etibarlı təsir bağışlasalar da, əksəriyyət tərəfindən şübhə ilə qarşılanırlar.

Frants Tost: “Honda mühərriyi ilə yarışacağımız üçün xoşbəxtik. Qışda əla iş gördülər. Əminəm ki, bizə yaxşı paket verəcəklər. Mövsüm ərzində də rəqiblərlə fərqi bağlayacaqlarına əminəm. Hər şeyi bir araya gətirsək, 4-cü ola bilərik. Hamı bunun üçün əlindən gələni edir. Hər iki sürücümüzə də güvənirik. Keçən ildən bəri vacib təcrübələri var. Komandaya əllərindən gələn köməyi edəcəklər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*