Top-komandalar starta 3 maşınla çıxacaqlar?

Formula1-in kommersiya başçısı Berni Eklsstoun əmindir ki, böyük komandalar lazım olarsa, srart düzlüyündəki boşluğu starta 3 maşın çıxarmaqla doldura bilərlər. […]

Formula1-in kommersiya başçısı Berni Eklsstoun əmindir ki, böyük komandalar lazım olarsa, srart düzlüyündəki boşluğu starta 3 maşın çıxarmaqla doldura bilərlər. Ehtimal var ki, əvvəllər Honda adlanan komanda çempionatda iştirak edə bilməyəcək, əgər belə bir qərarı yerdə qalan komandalardan biri də qəbul etsə, onda maşın və sürücülərin sayı böhran həddindən aşağı düşə bilər. Ekklstoun hesab edir ki, belə bir vəziyyətdən ən sadə çıxış yolu varlı komandalara starta daha çox maşınla çıxmalarını təklif etməkdir…

Berni Ekklstoun: “Ümumilikdə, vəziyyət elə belə də olacaq, əgər avto konsernlər başqa komandalara motor verə bilirlərsə, deməli onların öz komandaları üş maşından ibarət ola bilər.

Startda 20 maşın ən optimal variantdır, bu maşınların şəxsi və ya zavod komandalarına məxsus olmasının isə heç bir mənası yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*