Texniki analiz: 2017-ci ilin maşınları necə olacaq?

Üç gün əvvəl Cenevrədə baş tutmuş iclasda gələn mövsümün texniki reqlamenti təxminən formalaşıb. Bəs maşınlar necə olacaq? Bu barədə məşhur ekspert Corco Piola danışıb...

F-1.az xəbər verir ki, bu həftənin əvvəlində Formula1 komandaları bolidləri dövrədə 3 saniyə sürətli edəcək qaydalar konsepsiyasını təsdiq etmişdilər. Düzdür, Strateji İşçi Qrupun və F1 Komissiyasının qəbul etdikləri bəzi qərarlar hələ aprelin 30-dək təsdiq olunmalıdır, amma bu tam formal xarakter daşıyacaq. Ona görə də məşhur italiyalı mütəxəssis Corco Piola əlimizdə olan məlumatları  təhlil edib.

Bizi nə gözləyir?

FİA-nın təkliflərinə tələsik göz gəzdirdikdə belə, bir neçə radikal dəyişikliklər görürük – bu dəyişikliklər maşının xarici görünüşünə təsir edəcək.

Ön qanadın eni 1650 mm-dən 1800 mm-ə çatdırılacaq, yəni hər tərəfdən 75 mm artırılacaq. Ön təkərlər də enli olacaq, amma bu dəfə artım 60 mm olacaq: 245 mm-dən 305 mm-dək.

Ön qanadın uclarındakı lövhələrə tələblər əvvəlki kimi sərt olmayacaq, ona görə də bu hissədə mühəndislər yaradıcılıq üçün azadlıq əldə edəcəklər.

Ön qanadın aerodinamik planda neytral olan orta hissəsi bir qədər arxaya çəkilib. Bu yolla maşınlar estetik görüncək və daha iki faktı qeyd edək: öndən gələn hava axını daha yaxşı bölünəcək və nəticədə sürücü öndəki maşına daha çox yaxınlaşa biləcək.

2017-analiz
Maşınlar daha enli olacaq

Mexaniki ilişməni artırmaq üçün nəzərdə tutulan enli ön təkərlər şassinin də eninin 1800 mm-dən 2000 mm-dək artırılmasını tələb edir.

Bu isə o deməkdir ki, indi asılqanların hazırlanması zamanı onun aerodinamik xüsusiyyətlərinə də diqqət etmək lazım gələcək. Üstəlik, indi asılqanın elementlərini daha böyük bucaq altında yerləşdirmək mümkün olacaq, əvvəl bu bucaq +/- 5 dərəcə idi, 2017-ci ildə isə +/- 10 dərəcə olacaq.

Deflektorların ətrafındakı elementlər barədə əlavə qaydalar yazılacaq (2009-cü ildən bu sahədə ciddi məhdudiyyətlər tətbiq olunur), amma artıq aydındır ki, bu sahədə də konstruktorlar daha böyük azadlıq alacaqlar. Bununla da komandalar yan pantonlar və maşının altlığı ətrafında hava axınının düzgün bölünməsinə nəzarət etmək imkanı əldə edə biləcəklər.

Öz-özlüyündə panton və altlığın da eni artacaq: 1400 mm-dən maksimum 1600 mm-dək, pantonların hava girişi isə daha uzunsov forma alacaq.

 

Altlığın forması

Reqlament dəyişiklikləri altlığın formasına da təsir edəcək. Yəqin ki, bu sahədə müxtəlif qərarlar görəcəyik.

Hazırda bütün əyriliklərin minimum radiusu 50 mm-dir, həm də əyrilik qırılmamalıdır. Gələn il isə əyrilik radiusu minimum 100 mm olmaqla əyrilik xətti daimi olmaya bilər, yəni qırıla bilər.

Altlığın nəzarət lövhəsini həmcins olmayan materialdan düzəltməyə icazə veriləcək, bununla altlığın çəkisi azaldılacaq. Nəzarət lövhəsi indiki illə müqayisədə 100 mm geridən başlayacaq. Hazırkı qaydalara görə nəzarət lövhəsi ön təkər oxundan 330 mm sonra başlayır, 2017-ci ildə isə 430 mm-dən sonra başlayacaq.

Əslində, 100 mm az rəqəm deyil, bununla mühəndislər döngələrdə maşının burnunu aşağı yatızdıra biləcəklər ki, vaxtılə elastiki ön qanadların verdiyi effekt alınacaq. Bu hal döngələrdə yaxşı mexaniki ilişməni təmin etməlidir.

2017-analiz

Diffuzor

Çox vacib olan bu sahə də dəyişikliyə məruz qalacaq. Maksimal hündürlük 125 mm-dən 175 mm-dək, eni isə 1000 mm-dən 1050 mm-dək artırılacaq.

Daha vacib bir yenilik isə diffuzorun uzunluğunun artmasıdır: yəni maksimal hündürlük arxa təkər oxundan 175 mm sonra əldə olunacaq, hazırda isə diffuzorun maksimal hündürlüyü bilavasitə arxa təkər oxu səviyyəsindədir.

Arxa antiqanad

Arxa qanadın səviyyəsi 150 mm aşağı endiriləcək – 950 mm-dən 800 mm-dək, eni isə 750 mm-dən 950 mm-dək artırılacaq.

Arxa qanadın lövhələrinin forması da dəyişəcək. Hazırda yandan baxdıqda onlar düzbucaqlı formasında olmalıdırlar, amma gələn il onların küncləri oval formasında olacaq, öndən və ya arxadan baxdıqda isə lövhələr altlığıa paralel olmaya bilər.

Nəhayət, arxa təkərlərin eni də 80 mm artırılıb – 325 mm-dən 405 mm-dək…

2017-analiz

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*