18 Oktyabr 2017, Çərşənbə - 00:25

Necə işləyir: Test yürüşlərində ölçmə cihazları

Necə işləyir: Test yürüşlərində ölçmə cihazları

Müəllif: Afgan Haji, redaktor

08:13 - 14 İyul, 2016

Test yürüşlərinin əvəz olunmaz detallarından biri də bolidlərin üzərinə quraşdırılan ölçmə cihazlarıdır.

F-1.az xatırladır ki, yarış həftəsonunun ilk günündə bəzən bolidlərdə əlavə avadanlıqların və ölçmə cihazlarının quraşdırıldığını görürük. Yarış həftəsonu bu əlavələr bolidin eni və hündürlüyü ilə bağlı tələblərə cavab verməlidir. Test yürüşlərində isə belə tələblər yoxdur və biz fərqli ölçüdə ötürücülər görə bilirik.

Bunlardan ən nəzərə çarpanı – bolid ətrafındakı hava kütlələrinin konfiqurasiyasını və asılqanların elementlərini qiymətləndirməyə imkan verən  aerodinamik matritsalardır (1 və 2). Həmin matritsalar konkret nöqtədə havanın kütləsinin sıxlığını ölçür və bununla da hava kütləsinin istiqamətini və sürətini dəqiq qiymətləndirməyə imkan verir.

Bolidin arxa hissəsinə quraşdırılmış ötürücülər
Bolidin arxa hissəsinə quraşdırılmış ölçmə cihazı

 

Bolidə quraşdırılmış ötürücülər
Bolidə quraşdırılmış ölçmə cihazı

Test yürüşlərində, CFD (hesablama hidrodinamikası) kompüterlərindən (3), aerodinamik borudan və trekdən alınan məlumatların üst-üstə düşməsi qiymətləndirilir. Aerodinamik boruda ölçmə cihazları kiçildilmiş bolid üzərinə yerləşdirilir və sonra real trasdan alınan məlumatlarla tutuşdurulur. 

CFD (Hesablama hidrodinamikası)
CFD (hesablama hidrodinamikası)

Ölçmə cihazlarının köməyi ilə təkərlərin effektivliyi də sınaqdan keçirilir. Təkərlərin aşınmasını və hər dövrədə hansı dərəcədə deformasiyaya uğradığını qiymətləndirmək üçün təkərin yan hissəsinə xüsusi lazer, digər hissəsinə isə xüsusi məlumat toplayan kamera quraşdırılır. 

Test yürüşləri zamanı ölçmə cihazlarından böyük həcmdə məlumatlar daxil olur. Həmin məlumatları saxlanılması üçün bolidə xüsusi yaddaş qurğusu yerləşdirilir.

Hesablanmış nəticələrlərin və trasdan alınan məlumatların tutuşdurulması çox əhəmiyyətlidir. Testlər komandaya hesablamaların nəticələrini real şəraitdə yoxlamağa imkan verir. 

Adətən bolidin sınaqdan keçirilən elementlərinin üzərinə aerodinamik boya vurulur (4) – bu, havanın istiqamətini müəyyən etməyə və ümumi mənzərəni anlamağa imkan verir.

Sınaqdan keçirilən elementlərin üzərindəki aerodinamik boya
Sınaqdan keçirilən elementlərin üzərindəki aerodinamik boya

Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə
Baxış Sayı 511
Teqlər , , ,
Paylaş

logo