Təkərlərin tez yeyilməsi müxtəlif strategiyaların tətbiqinə səbəb olur

Reqlament komandalardan quru havada keçirilən yarış zamanı iki təkər tərkibindən sitifadə etməyi tələb edir, amma Melburnda yumşaq təkərlərlə yaşanmış problemlər […]

Reqlament komandalardan quru havada keçirilən yarış zamanı iki təkər tərkibindən sitifadə etməyi tələb edir, amma Melburnda yumşaq təkərlərlə yaşanmış problemlər komandaları riskli strategiyaları tətbiq etməyə məcbur edə bilər. Maraqlıdır ki, Niko Rosberq yarışda sürətli dövrəyə ikinci pit-stopda yumşaq təkərlər aldıqdan sonra imza atıb, amma bir neçə dövrədən sonra təkərlər elə bir vəziyyətə düşüb ki, maşın sürətini itirib və Niko rəqibləri üçün asan hədəfə çevrilib.

Komandalardan birinin nümayəndəsi GPWeek həftəliyinin jurnalistinə bildirib ki, əgər belə hal başqa traslarda da təkrar olunarsa, onda komandalar hiyləgərliyə əl atacaqlar, Təhlükəsizlik Maşını trasa çıxan kimi boksa girib, yumşaq təkərləri taxıb trasda bir dövrə vurduqdan sonra yenidən boksa qayıdaraq bərk təkərlərə keçəcəklər. Vaxt itkisi minimal olacaq, maşının trasdakı davranışı isə gözlənilən olacaq.

Amma çox şey tərkiblərin ikinci variantından asılı olacaq – Soft və Hard, bəlkə bu halda problemlər məhz daha bərk tərkiblə yaşansın. Komandalar Malayziya və İspaniyada Soft və Hard tərkiblərini, Çin və Bəhreyndə isə Melburnda olduğu kimi SuperSoft və Medium tərkiblərini alacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*