Təkər qapaqları qadağan oluna bilər

Almaniyanın Auto Motor und Sport qəzeti bu gün bildirib ki, FOTA-nın üzvü olan komandalar gələn mövsümdən təkər qapaqlarının qadağan olunması […]

Almaniyanın Auto Motor und Sport qəzeti bu gün bildirib ki, FOTA-nın üzvü olan komandalar gələn mövsümdən təkər qapaqlarının qadağan olunması məsələsində razılıq əldə ediblər…

Bu qapaqlar ilk dəfə 2006-cı ildə Ferrari maşınlarında peyda olmuşdu. Digər komandalar şübhə edirdilər ki, qapaqlar o zaman qadağan olunmuş hərəkətli aerodinamik elementlərdir, amma FİA bu elementə qadağa qoymadı və tezliklə digər maşınlarda qapaqlar peyda oldu, 2008-ci ildən isə maşının konstruksiyasının adi elementinə çevrildi.

Qapaqlar əyləclərin ventilyasiyasını optimallaşdırır və hava axınına müqaviməti azaldır, BMW Sauber-in texniki direktoru Villi Rampfın fikrincə, müəyyən traslarda qapaqlar dövrədə 0.2 saniyə üstünlük verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*