17 Dekabr 2017, Bazar - 17:53

Təhlil: Aldo Kosta Ferrari-yə keçmir, amma Ceyms Ki transfer edilə bilər

Təhlil: Aldo Kosta Ferrari-yə keçmir, amma Ceyms Ki transfer edilə bilər

Müəllif: Rauf Hacıyev, redaktor

08:42 - 12 May, 2016

Sosial şəbəkələrdə çıxan xəbərlərə görə, Ferrari komandası idarə heyətində ciddi dəyişikliklər etmək istəyir…

F-1.az xatırladır ki, İtaliyanın Autosprint nəşri keçən həftə bildirmişdi ki, Ferrari komandasında dəyişiliklər planlaşdırılır. Belə söz-söhbət var idi ki, Ferrari ilin sonunda Mauritsio Arrivabeneni göndərib, onun yerinə Ceyms Əllisonu komandanın rəhbəri təyin edəcək. Bu dəyişiklikdən sonra Əllisonun yeri boş qalırdı. Britaniyalının əvəzinə isə texniki direktor vəzifəsinə Mercedes-in baş mühəndisi olan Aldo Kostanın gətiriləcəyi iddia edilirdi.

Ancaq belə görünür ki, bu dedi-qodular təkzib edilib.

Mercedes-in baş mühəndisi Aldo Kosta almanlarla olan müqaviləsini uzadıb. Kosta Mercedes ilə ikiillik müqavilə bağlayıb və bir il də mqaviləsini uzatma opsiyonu var.

Digər xəbərlərə əsasən, Əllison hazırda komandada texniki işlərdə işləmək istəyir. Əllison həyat yoldaşı öldükdən sonra çalışır ki, İngiltərədə uşaqları ilə daha çox vaxt keçirsin. Ona görə də, inanmırıq ki, Ferrari mövsümün ortasında komandada dəyişiklik etsin. Xüsusən də 2017-ci ildə yeni qaydalar gəlir və belə olan halda komandada dəyişikliklər etmək riskli ola bilər.

Belə bir vaxtda qısa müddət ərzində uğur qazanmaq istəyən Markionnenin komandada dəyişikliklər etməsi mənasız olacaq. Ferrari əgər komandada radikal dəyişikliklər etmək istəyirsə, Ədrian Nyuini transfer etməlidir. Amma Red Bull hazırda köhnə formasını bərpa edib və Nyui Aston Martin-in bir layihəsi üzərində işləyir. Buna görə də Nyuinin Ferrari-yə transfer olunması çətin məsələdir.

Çox güman ki, Ferrari Arrivabeneni komandada saxlayıb, komandanın texniki gücünü artırmağa çalışacaq. Pət Fray və Nikolas Tombasisin qayıtması isə güman olunmur. Amma bu dəqiqdir ki, Ferrari-nin hazırda bir hədəfi var. Fikrimizcə, Toro Rosso komandasının texniki direktoru Ceyms Ki elə Markionnenin əsas transfer hədəfidir.

STR11 aerodinamik gücünə görə fərqlənən boliddir. Bu göstərir ki, Ceyms Kinin rəhbərliyi ilə komanda aerodinamik boruda yaxşı nəticələr göstərir.

Qeyd edək ki, Toro Rosso 2015-ci ilin Ferrari mühərriklərindən istifadə edir. Buna görə də Ferrari Toro Rosso-nun şassisinin nə qədər güclü olduğunu anlaya biləcək yeganə komandadır.

Bu məlumatlar hazırda Maranellodakı işçilər tərəfindən təhlil olunur və veriləcək hər hansı bir qərara təsiri olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Köşə yazıları
Mənbə
Baxış Sayı 383
Teqlər , , , , , , , , , , , ,
Paylaş

logo