Team Lotus yeni maşını Valensiyaya gətirəcək

Team Lotus komandası təmtəraqlı təqdimat mərasimi keçirməyi planlaşdırmır və yeni msşsını Valensiyada Rikardo Tormo adına avtodromda testlərdə göstərəcək. Komandanın nümayəndəsi […]

Team Lotus komandası təmtəraqlı təqdimat mərasimi keçirməyi planlaşdırmır və yeni msşsını Valensiyada Rikardo Tormo adına avtodromda testlərdə göstərəcək.

Komandanın nümayəndəsi F1Today saytına bildirib ki, “hazırda biz testlərdə sürücülərin iş qarfikini tərtib edirik, çünki komandamız mövsümöncəsi testlərin hamısında iştirak edəcəkvə yeni maşını Valensiyaya gətirəcək.”

Xatırladaq ki, bir neçə gün əvvəl komandanın başçısı Toni Fernandes Hinqhemdə komandanın bazasına baş çəkmişdi, Fernandes gördüklərindən çox razı qalmışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*