T.Volffu nə narahat edir?

Mercedes Motorsport-un rəhbəri Toto Volff növbəti Monako Qran Prisindən əvvəl narahatdır.

F-1.az xatırladır ki, “gümüşü oxlar” keçənilki Monako yarışında podiumdan kənarda qalmışdılar.

Toto Volff: “Son illərdə bizim üçün əlverişli olan traslarla yanaşı əlverişsiz traslar da oldu. Bolidin quruluşunu dəyişmək çox çətindir. Monako, Budapeşt və Sinqapur bizim üçün problemli traslardır. Bu il geridönüş etmək üçün mübarizə aparmalıyıq. Builki bolid primadonna yox, çox yaxşı maşındır. Amma bu maşın Monakodakı döngələrdə sürətli ola bilmir. Bunun çarəsini hələ tapa bilməmişik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*