15 Dekabr 2017, Cümə - 10:34

T.Volffla Həmiltonun arası niyə dəyib?

T.Volffla Həmiltonun arası niyə dəyib?

Müəllif: Rauf Hacıyev, redaktor

16:22 - 14 İyul, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmiltonla Mercedes Motorsport-un rəhbəri Toto Volffun arası dəyib.

F-1.az xatırladır ki, Azərbaycan yarışında Fettel bilərəkdən bolidini Həmiltonun Mercedes-inin üzərinə sürmüş və daha sonra üzr istəmişdi. Bu hadisədən bir həftə sonra isə almaniyalı sürücü 30 yaşını qeyd edirdi. Bəzi xəbərlərə əsasən, Həmiltonla Fettel arasındakı problemlər davam edərkən, Toto Volff ad günü münasibətilə dördqat Dünya Çempionunun İsveçrədəki evinə gedib.

Lyuis isə rəhbərinin belə bir vəziyyətdə rəqibinin evinə getməsinə əsəbiləşib və həmin gündən etibarən cütlüyün arası dəyib. Bəzi şayiələrə əsasən, Volff Fetteli komandaya gətirmək istəyir. Britaniyalı sürücü də məhz buna görə Londondakı şouda iştirak etməyib.

Mercedes komandasının mətbuat katibi də Volffun Fettelin evinə getdiyini təsdiqləyib, lakin bu barədə heç bir açıqlama verməyib: “Toto bu barədə danışmayacaq. Şəxsi həyatı haqqında heç nə deməyəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 774
Teqlər , , , , , , ,
Paylaş

logo