T.Volff yeni hegemonluqdan qorxur

Mercedes Motorsport-un rəhbəri Toto Volff 2017-ci ildəki qayda dəyişikliklərindən sonra yeni komandanın hegemonluq etməsindən qorxur...

F-1.az xatırladır ki, Formula1-in əsrimizdə Ferrari, Brawn GP, Red Bull və Mercedes hegemonluğu yaşanıb. Təhlillərə görə, son illərin ən böyük hegemonluğu Mercedes komandasının hegemonluğu olub. Almanlar ardıcıl 3 dəfə Dünya Çempionu olublar. Amma “Gümüş Oxlar”-la rəqiblər arasındakı fərq hər mövsüm bir az da azalırdı.

Gələn il qaydalar yenidən dəyişir və hər şey sıfırdan başlayacaq. Belə olan halda başqa komandanın hegemonluğunu gözləmək olar.

Toto Volff bu barədə fikirlərini bildirib: “Bu il 2014 və 2015-ci illərdəki kimi üstün deyildik. Fərqin azalmasının əsas səbəbi dəyişməyən qaydalardır. Həmişə dediyim kimi qaydalar stabil olaraq qalmalıdır. Beləliklə, aradakı fərqlər bağlanar və maraqlı yarışlar olar. Amma gələn il yeni qaydalar olacaq və hər şeyə sıfırdan başlayacayıq. Əgər başqa bir komanda yeni bir şey tapsa, yarışlar əvvəlkindən fərqli olmayacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*