17 Dekabr 2017, Bazar - 11:49

T.Volff xəbərarlıq edib: “Bundan sonra komanda əmrləri ola bilər”

T.Volff xəbərarlıq edib: “Bundan sonra komanda əmrləri ola bilər”

Müəllif: Elçin Zodorov, redaktor

08:55 - 04 İyul, 2016

Mercedes AMG komandası sürücülərə edilən xəbərdarlıqların təsir etməməsinə görə qalan yarışlarda komanda əmrindən istifadə edə bilər. Dünən keçirilən Avstriya Qran Prisinin son dövrəsində baş verən hadisələr Mercedes AMG cəbhəsində hər şeyi alt üst edib. 

F-1.az xatırladır ki, iki sürücünün son dövrənin 2-ci döngəsində yaşadıqları təmasdan sonra Həmilton trasdan kənara çıxmalı olmuş, Rosberqin maşınının isə ön qanadı qırılmışdı. Nəticədə Lyuis qələbə qazanarkən, çox yavaş getməyə məcbur olan Niko finişə 4-cü çatmışdı.

Hadisə ilə bağlı Sky Sport-a danışan komandanın rəhbəri Toto Volff bunları deyib: “Maşınlar toqquşarkən dejavü yaşadım. Bu, qətiyyən istədiyimiz bir şey deyil. Maşınları hazırlamaq üçün əziyyət çəkən 1500 adama hörmətsizlik edirik. Bütün bunlar bir daha baş verməməlidir”.

O, həm də başqa tədbirlərə əl ata biləcəklərinə işarə edib: “Belə görünür ki, onlarla danışmaq bir nəticə vermir. Buna görə də, bəyənilməməsinə baxmayaraq, komanda əmrindən tutmuş bütün variantları nəzərdən keçirməliyik. Bu mövzu müzakirə olunacaq. Çünki başqa çarəmiz yoxdur. Bəlkə də, vəziyyəti idarə etməyin yeganə yolu budur. Komanda əmrlərinə nifrət edirəm, onların bir-biri ilə yarışmasına icazə verməyi azarkeşlərə borcluyuq. Amma hər yarışda qəza baş verəcəksə, istəməsək də, bunu etməliyik”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 155
Teqlər , , , ,
Paylaş

logo