24 Oktyabr 2018, Çərşənbə - 08:57

T.Volff üçlü mübarizə gözləyir

T.Volff üçlü mübarizə gözləyir

Müəllif: Rauf Hacıyev, redaktor

08:08 - 11 May, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, İspaniyada 3 komanda arasında gərgin mübarizə gözləyir.

F-1.az xatırladır ki, Formula1 mövsümünün ilk 4 yarışından sonra 3 fərqli komanda qalib olub və 4 fərqli komanda podiuma yüksəlib.

Toto Volff: “Hamı Avropa yarışlarına böyük yeniliklərlə gəlir. Buradakı yeniliklər çox vacib olacaq və buna görə də geridə qalmamalıyıq. Digər komandaların nə qədər güclənəcəyi maraqlıdır. Həm ön, həm də orta qrupda böyük mübarizə var.

İlk 4 yarışdan sonra mövsümün çox çətin olacağını gördük. Barselonada da qarışıq keçmişimiz olub. 2016-cı ildə iki sürücümüz burada qəza etdi. Keçən il isə Lyuis rəqibi Fetteli keçərək dramatik qələbə qazanmışdı. Ümid edirəm ki, bu il gözəl yarış keçirərik. Amma çətin olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 114
Teqlər , , , ,
Paylaş

logo