21 Sentyabr 2017, Cümə axşamı - 05:34

T.Volff: “Sürücülərimin son 3 yarışdakı performansı mənə maraqlıdır”

T.Volff: “Sürücülərimin son 3 yarışdakı performansı mənə maraqlıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

14:06 - 27 Oktyabr, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, çempionluq mübarizəsində sürücülərin üzərlərində olan təzyiqə verəcəyi reaksiya ona maraqlıdır…

F-1.az xatırladır ki, mövsümün bitməsinə 3 yarış qalıb və Rosberq ilə Həmilton arasında 26 xallıq fərq var.

Toto Volff: “Lyuis Ostində yaxşı həftəsonu keçirdi. Suzukadan sonra hər şeyi nəzərdən keçirtdi və daha güclü olaraq geri qayıtdı. Bunu əvvəllər də bir neçə dəfə edib.

Niko isə çətin vəziyyətdədir. Hər həftə işinə nəzarət etməlidir və bu hal ona çox kömək edir. Niko yarışxarici qalmamalıdır. Hər iki sürücü də fərqli formada təzyiq altındadır.

Niko Sinqapurda, Lyuis isə Malayziyada çox güclü idi. Daha sonra Niko Yaponiyada, Lyuis Amerikada birinci oldu. Qələbə ikisinin arasında gedib-gəlir. Buna görə də, indidən sonra işlərin necə gedəcəyi mənə maraqlıdır”.

Volff Red Bull komandasının sürətlənməsindən də narahatdır: “Son yarışlarda rəqiblərimizlə aramızda güclü mübarizə olacaq. Ostində Virtual Təhlükəsizlik Maşınına görə bəxtimiz gətirdi. Tempimiz yaxşı olsa da, Daniel çox sürətli idi. Yəni ki, ortada həmişə təhdid var.

Son bir neçə ildə şassi cəhətdən böyük dəyişikliklər olmadı. Amma Ferrari və Renault bizə yaxınlaşmaq üçün mühərriyi yaxşı təkmilləşdirdilər. Bütün bu faktorları düşünsək, bizi həyəcanlı 3 yarış gözləyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 112
Teqlər , , , , ,
Paylaş

logo