T.Volff: “Şumaxer və Fettelin hegemonluğu Almaniya QP-yə pis təsir edib”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Mixael Şumaxer və Sebastyan Fettelin Formula1-dəki hegemonluqları Almaniya QP-yə mənfi təsir göstərib..

F-1.az xatırladır ki, Şumaxer Formula1-dən ayrıldıqdan sonra Almaniya yarışına gələn azarkeşlərin sayında kəskin azalma olub. Fettelin və Mercedes-in son illərdəki uğurlarına baxmayaraq, builki Almaniya yarışına cəmi 57 min azarkeş gəlmişdi. 2014-cü ildəki yarışa nisbətən artım olsa da, bu say yenə də azdır.

Almaniyadakı bütün həftəsonuna 122 min tamaşaçı gəlsə də, Ostindəki həftəsonunda 269 min, Meksikada isə 339 min tamaşaçı iştirak edib.

Toto Volff: “Ostindəki fanlar mükəmməl idi. Yarışda yeni tədbirlər keçirilirdi və bu azarkeşləri cəlb edir. Biz burnumuzun ucundan daha uzağı görməli və itirdiyimiz fanları bərpa etməliyik. Bunun asan həll yolu olsaydı, çoxdan tapardıq.

Almaniyadan son illərdə çempionların çox çıxması insanları bu idmandan bezdirə bilər və onlar başqa idman növlərinə yönələ bilərlər. Meksika və Ostin yarışlarının təşkilatçılarının gördükləri işlərə baxmalayıq”.

Ostin yarışının təşkilatçıları azarkeşləri cəlb etmək üçün çoxlu işlər görmüşdülər. 2015-ci ildəki yağışdan sonra təşkilatçılar bilet qiymətlərini aşağı saldılar və sel olmayacağına təminat verdilər. Bundan başqa gənc fanları da cəlb etmək üçün şənbə günü Teylor Sviftin konserti təşkil olunmuşdu.

Toto Volff: “Əgər Teylor Svift həll yoludursa, biz də onu gətirərik. Formula1 təkbaşına insanları cəlb etmirsə, başqa şeylər əlavə etməliyik. Teylorun Meksikada olduğunu bilmirdim. Şənbə və bazar günləri tribunalar ağzına kimi dolu idi. Çoxlu tədbirlər var idi və bütün meksikalı sürücülər bu tədbirlərdə iştirak etdilər.

Bəsit görünsə də, bu yarışın təbliğatını etmək üçün doğru işlər görmək lazımdır”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*