T.Volff: “Səhv etməməliyik”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, artıq səhv etmək olmaz.

F-1.az xatırladır ki, Mercedes komandası 2014-2016-cı illərdə 51 qələbə qazansa da, 2017-ci ildə Ferrari komandasının təzyiqi ilə üzləşib.

Toto Volff: “Ferrari ilə aramızda bu qədər yaxın mübarizə varkən saniyənin yüzdə birinin qədrini bilməliyik. Etibarlılıq problemlərini həll etməliyik. Yeni qaydalardan sonra bəzi şeylər dəyişdi və biz əksər yenilikləri anlamamışıq. Valtterinin İspaniyadakı mühərrik problemi mövsümün sonunda bizi məyus edə bilər. Bu cür vəziyyətin təkrarlanmasına icazə verməməliyik. Əgər Bottas yox, Həmilton mübarizəni dayandırsaydı, Fetteldən 40 xal geridə qalacaqdı. İki sürücümüzün də çempionluq şansları var və stabil olan qalib gələcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*