T.Volff: “Rosberqin qərarını tərəddüdsüz qəbul etdim”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Niko Rosberqin ayrılıq qərarını anlayışla qarşılayıb və almaniyalının ünvanına təriflər yağdırıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü karyerası ərzində 206 yarışda iştirak etmiş və 23 qələbə qazanmışdı. Almaniyalı 30 dəfə pouldan start almış, 20 dəfə isə ən sürətli dövrəyə imza atmışdı.

Bazar günü Əbu Dabidə Mercedes ilə karyerasının ilk Dünya Çempionluğunu qazanan Rosberq Formula1-dən gedəcəyini açıqlayıb.

Toto Volff: “Niko cəsarətli qərar verdi və uşaqlıqdan xəyal etdiyi Dünya Çempionluğunu qazanıb ayrıldı. Verdiyi qərarı mənə deyəndə tərəddütsüz qəbul etdim.

Bir insanın daxilindəki istedadı bir neçə sözlə ifadə etmək mümkün deyil. Nikoda istedadla mübarizə ruhunun xüsusi birləşməsi var. Karyerası boyu insanlar onun uğura gedən qızıl yolda olduğunu düşündü. Bu vəziyyət onun mübarizəsini daha da çətinləşdirdi, çünki insanların gözləntilərinə görə daha çox mübarizə aparmalı oldu.

Niko Mercedes ilə qəddar bir rəqib oldu və pis dövrlərdən ilhamverici formada çıxdı. Əzmi ilə, mübarizəçi ruhu ilə və təzyiq altında ikə göstərdiyi soyuqqanlılıqla idmanın hörmətini qazandı. 2010-cu ildən bəri komandamıza mübarizə ruhunu aşıladı və onun hesabına gücləndik və böyüdük. Mixael və Lyuis ilə birlikdə uğurumuzda pay sahibi olduğu üçün ona təşəkkür edirik.

Bu, komanda üçün gözlənilməz və həyəcanverici haldır. Texniki reqlamentdə yeniliklər olacaq və Mercedes-də bir yer boşdur. Seçim etmək üçün düşünəcəyik və gələcəyimiz üçün doğru yolu seçəcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*