16 Dekabr 2017, Şənbə - 15:02

T.Volff: “Rosberq və Həmiltonla davam edəcəyik”

T.Volff: “Rosberq və Həmiltonla davam edəcəyik”

Müəllif: Elçin Zodorov, redaktor

12:53 - 09 İyul, 2016

Niko Rosberqin komanda ilə olan müqaviləsi mövsümün sonunda başa çatır və son hadisələrdən sonra onun komandadan ayrıla biləcəyi danışılırdı.

Amma buna baxmayaraq, tərəflər yeni müqavilə üçün razılığa gəlmək üzrədirlər və onsuz da, Rosberqin keçmə ehtimalı olan Ferrari də Kimi Rəykkönen ilə yola davam edəcəklərini açıqlayıb.

F-1.az xəbər verir ki, komandanın rəhbəri Toto Volff Silverstounda bu barədə danışıb: “Niko ilə danışıqlar davam edir və ümid edirəm ki, bu danışıqlar tezliklə müsbət nəticələnər. Gələn il də indiki pilotlarımızla yarışacağımıza şübhə etmirəm. Bunun 100% belə olacağını deyə bilmərəm. Çünki sabah nəyin baş verəcəyini bilmirik. Amma mən onunla davam edəcəyimizə əminəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 185
Teqlər , , , , ,
Paylaş

logo