T.Volff: “Okon və Verlyayn arasında həyəcanlı mübarizə olacaq”

Mercedes Motorsport-un rəhbəri Toto Volff inanır ki, mövsümün qalan yarışlarında Okon və Verlyayn arasında gözəl mübarizə görəcək...

F-1.az xatırladır ki, Haryanto maliyyə problemlərinə görə Manor-dakı yerini itirib və onu GP3 üzrə Dünya Çempionu Esteban Okon əvəz edib. Qeyd edək ki, Okon və Verlyayn Mercedes-in gənc sürücü proqramının yetirmələridirlər və onları hazırda maraqlı rəqabət gözləyir.

Qeyd edək ki, Renault komandası da gələn il üçün Okonu heyətinə qatmaq istəyir və buna görə də fransızlar gənc sürücünü yaxından izləyəcəklər.

Toto Volff bu barədə danışıb: “Gənc sürücülərimiz Manor-da bir yarışacaqlar və buna görə çox xoşbəxtik. Növbəti yarışlar sürücülərin inkişaf etməsinə kömək edəcək. Buna görə də yarışları həyəcanla izləyəcəyik. Mövsümün həyəcanlı hissəsi başlayır. Ümid edirəm ki, hər şey istədiyim kimi gedəcək”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*