T.Volff: “Mercedes ilə Ferrari arasında 5.9 sm fərq var”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Mercedes və Ferrari arasındakı fərq həyəcanvericidir.

F-1.az xatırladır ki, Mercedes son 3 ildə 59 yarışda 51 qələbə qazanıb, amma reqlament dəyişəndən sonra belə görünür ki, Ferrari “gümüşü oxlar”a çatıb.

Mövsümün ilk yarışı Avstraliyada Lyuis Həmilton əzəli rəqibi Sebastyan Fetteli 0.25 saniyə qabaqlayaraq poul qazansa da, yarışı almaniyalı sürücü qazanmışdı.

Çində sıralanma turunda isə britaniyalı sürücü növbəti dəfə poul qazandığı halda, Fettel ondan 0.186 saniyə, Mercedes-in digər sürücüsü Valtteri Bottas isə almaniyalı sürücüdən 0.001 zəif olub.

Toto Volff bu fərq barədə danışıb: “Seb ilə Valtteri arasında cəmi 0.001 saniyə fərq var. Ferrari və Mercedes rəqiblərindən çox qabaqdadırlar. Keçən ilə nisbətən vəziyyət fərqlidir və iki komanda bir-birinə çox yaxındırlar. Bu hal mühəndislər üçün əladır. Məlumatlarda çatışmazlıqlarımız var və yarış üçün bolidi sazlamaq çətindir. Yarışda fərqli hava şəraiti olsa, işlər lap çətinləşəcək. Hazırda qaranlıqdayıq”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*