18 Avqust 2018, Şənbə - 18:32

T.Volff Markionnenin bostanına daş atıb

T.Volff Markionnenin bostanına daş atıb

Müəllif: Rauf Hacıyev, redaktor

10:19 - 30 Yanvar, 2018

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, işçilərinə Ferrari-nin prezidenti Sercio Markionne kimi təzyiq göstərmir.

F-1.az xatırladır ki, Mercedes komandası son 4 mövsümdə hər iki cəbhədə çempion olduğu halda, Ferrari 2014-cü və 2016-cı illərdə qələbə belə qazana bilməmişdi.

Toto Volff: “Təzyiq sizi təkmilləşdirə bilər, amma sonunuzu da gətirə bilər. Sercio tanış olduğum ən uğurlu iş adamlarındandır. Bundan başqa çox ağıllı adamdır. İndiyə kimi Ferrari-də işləri yaxşı gedib. Onların 2017-ci ildəki yüksəlişi kiçik uğur deyil.

Mercedes komandasında hamı ilə görüşürük. Bizim bir şüarımız var – Gör, de və düzəlt. Bunun üçün də çalışırıq ki, hamı üçün əlverişli şərait yaradaq. Rəhbərlərin əsas vəzifəsi insanı yox, problemi günahkar saymaqdır. Bir şey barədə şərh vermək asandır. Günahkar adamı ifşa etmək insanların təbiətində var. Çünki belə olanda təzyiqiniz azalır. Amma biz belə etmirik. Belə etsək, insanlar özlərinə qapanarlar və yenilik görmərik. Çünki heç kəs riskə getmək istəməz. Bizim işimiz isə risk etməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 127
Teqlər , , , ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo