T.Volff: “Markionne əvəzolunmazdır”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Liberty Media ilə danışıqlarda Sercio Markionnenin yeri görünəcək.

F-1.az xatırladır ki, Markionne iyulun sonunda dünyasını dəyişib.

Toto Volff: “Markionne Maranelloya çox şey qazandırdı. Ölümü böyük itkidir. Strateji müzakirələrdə ən yüksək səs ondan çıxardı. Yerini doldurmaq mümkünsüzdür. Artıq danışıqlarda bizim tərəfdaşımız Arrivabene olacaq. Mauritsio, Binotto və bütün işçilər komandanın Formula1-dəki gələcəyindən əmin olmaq istəyirlər. Mauritsio əksər danışıqlar zamanı komandanı təmsil etdi. Amma artıq tempini artırmalıdır. Lakin Sercio Markionne əvəzolunmaz idi. Mauritsio ağıllı adamdır. Buna görə fərqi tezliklə bağlayacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*