T.Volff: “Komanda əmrləri bizdə istisnadır”

Mercedes Motorsport-un rəhbəri Toto Volff sonuncu yarışda verdikləri komanda əmrindən danışıb.

F-1.az xatırladır ki, Almaniya yarışının son dövrələrində Bottas komanda yoldaşı Həmiltona hücum etsə də, komanda körpüsündən “yerini qoru” əmri alıb.

Toto Volff: “Eyni hal Bottas üçün olsaydı, Lyuisə “yerini qoru” deyərdik. Bolidləri finişə çatdırmaq lazım idi. Öndə olan sürücüyə hörmət etdik. Formula1-də ən vacib şey yarışmaqdır. Çempionatda son yarışlara yaxınlaşdıqca və öndəki sürücümüz üstündürsə, belə hal ola bilər. Amma bunun zamanı hələ də gəlməyib. Yarışda iki bolid də finiş görsün deyə bu taktikaya əl atdıq. Əgər Bottas lider olsaydı, bu dəfə onun xeyrinə qərar verəcəkdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*